Yeniliklər

Mühasibat uçotunun autsorsinqi kimlər üçün uyğundur?

Mühasibat uçotunun autsorsinqi real fəaliyyət göstərən, şəffaf hesabatlılıq prinsiplərinə əməl edən və “ağ” biznes modeli ilə çalışan şirkətlər üçün daha məqsədəuyğundur.


Startap rəhbərləri fəaliyyətin ilkin mərhələsində əsas diqqəti biznesin qurulmasına və inkişafına yönəltməlidirlər. Mühasibat uçotunun autsorsinqi köməkçi proseslərə vaxt itirmədən, yeni formalaşan biznes mexanizmlərinin düzgün qurulmasına vaxt və resurs ayırmağa imkan yaradır. Bununla yanaşı, startap sahibləri mühasibat uçotunun düzgün aparılacağına əmin olur və mümkün səhvlərdən sığortalanırlar.


Fərdi sahibkarlar üçün bu xidmət xüsusilə актуaldır. Kiçik biznes üçün mühasibat autsorsinqi daha səmərəli seçimdir, çünki ştatda mühasib saxlamaq həm iş yükü baxımından çətin, həm də maliyyə baxımından sərfəli olmur. Sərbəst mühasiblər isə çoxsaylı müştərilərlə işlədiklərinə görə vergi risklərinə tam zəmanət verə bilmirlər.


Kiçik və orta sahibkarlıq subyektləri üçün mühasibat xidmətlərinin autsorsinqi xərclərin optimallaşdırılmasına şərait yaradır. Adətən mühasibat şöbəsində bəzi əməkdaşlar az yüklənir, digərləri isə həddindən artıq işlə təmin olunur. Bu səbəbdən geniş ştat saxlamağa ehtiyac qalmır.

Holdinq strukturları üçün mühasibat uçotunun autsorsinqi əməliyyat xərclərini azaltmaqla yanaşı, daha peşəkar xidmət əldə etməyə imkan verir. Autsorsinq şirkətləri aşkar olunan səhvlərə görə öz maliyyə vəsaitləri hesabına məsuliyyət daşıyırlar ki, bu da iri müəssisələr üçün mühüm üstünlükdür.


Xüsusi sahələrdə fəaliyyət göstərən şirkətlər mühasibat uçotu və qanunvericiliyin incəlikləri üzrə dərin bilik tələb edir. Belə hallarda dar ixtisaslı mühasibi ştatda saxlamaq kifayət qədər baha başa gəlir. Bu səbəbdən autsorsinq daha sərfəli alternativ hesab olunur. Autsorsinq şirkətlərində isə hər zaman konkret sahə üzrə təcrübəli mütəxəssislər mövcuddur.


Mövsümi xarakter daşıyan bizneslərdə fəaliyyətin zəiflədiyi dövrlərdə mühasibatın saxlanılması məqsədəuyğun olmur. Buna görə də aqrar-sənaye, mövsümi qida istehsalı, turizm, otel və restoran sahələrində fəaliyyət göstərən şirkətlər arasında mühasibat autsorsinqinə tələbat daha yüksəkdir.


İki və daha çox təsisçisi olan şirkətlər üçün mühasibat uçotunun autsorsinqi bir çox problemlərin qarşısını alır. Mühasibat funksiyalarının kənar şirkətə həvalə edilməsi uçotun müstəqilliyini və şəffaflığını təmin edir. Təsisçilər mühasibat proseslərinə bərabər səviyyədə nəzarət edə bilir və bu da mümkün münaqişə risklərini minimuma endirir.

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək