Xidmətlər


Bu tip mühasibat xidməti ilə mütəxəssislərimiz mühasibat uçotu qurmaq üçün bir sıra tədbirlər həyata keçirəcəyi mühasibat işini sıfırdan qurma xidmətini əhatə edir. Görülən iş çərçivəsində ilkin sənədlər (fakturalar, daxilolmalar və xərclər, vergi hesab-fakturaları və s.) FINSOUL şirkətinin işçiləri tərəfindən tərtib edilir və 1C və ya digər proqramlara daxil edilir.
 
Əməkdaşlığımıza başlamazdan əvvəl mütəxəssislərimiz sizinlə ilkin sənədlərlə işləmək üçün bütün qaydaları, prinsipləri və şərtləri müzakirə edəcək və bütün mühasibat xidmətləri dövründə sizə və işçilərinizə mühasibat ilə bağlı məlumat dəstəyi təqdim edəcəkdir.

Bu tip mühasibat xidməti çərçivəsində FINSOUL şirkətinin mütəxəssisləri aşağıda qeyd olunanlarla sizi təmin edəcəklər:

     - İşinizi idarə etmək üçün lazım olan bütün ilkin sənədlərin keyfiyyətli və vaxtında hazırlanması
     - 1C və digər proqramlarda əməliyyatların keyfiyyətli və vaxtında əks olunması
     - Bütün mühasibat reyestrlərinin tərtibi və aparılması
     - Dövlət orqanları üçün hesabatların tərtib edilməsi və təqdim olunması
     - Mühasibat məlumatlarına əsaslanaraq şirkətin rəhbəri üçün əvvəlcədən təyin olunmuş formatda konsolidə edilmiş hesabatlar (satış cədvəlləri, debitor kreditor borcları barədə hesabat, Mənfəət və zərər haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Mühasibat balansı, Kapitalda dəyişikliklər haqında hesabat və s.)

Xidmətlərlə bağlı sualınız var? Biz sizə zəng edək